“Şəmkir” klubunun rəhbərliyi dəyişdi 

22:16 14.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın II Liqasında çıxış edən “Şəmkir PFK” rəhbərliyində dəyişiklik baş verib.

Hafta.az bildirir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Klubun yeni rəhbəri və əsas idarəedici şəxs vəzifəsinə Adil Əliyev təyin olunub.

“Yeni rəhbərliyin məqsədi klubun idarəetmə strukturunu gücləndirmək, bölgə futbolunun inkişafına töhfə vermək və “Şəmkir PFK”nı daha yüksək hədəflərə doğru aparmaqdır”, - məlumatda deyilir.

“Şəmkir” hazırda 12 xalla 6-cı pillədə qərarlaşıb.